Icma.az
close
up
RU
FHN də Anım Günü ilə bağlı silsilə tədbirlər Fotolar

FHN də Anım Günü ilə bağlı silsilə tədbirlər Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi (RM) tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Əvvəlcə, Mərkəzin əməkdaşları Hərbi Memorial Məzarlığı ziyarət ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib.

Silsilə tədbirlər çərçivəsində paytaxtın Nərimanov rayonu ərazisində Nərimanov bələdiyyəsi tərəfindən Bakı RM üçün ayrılmış yaşıllıq zolağında ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Daha sonra Regional Mərkəzdə təşkil olunmuş anım tədbirində Bakı RM-nin rəisi polkovnik Elnur Məhərrəmov, Milli Məclisin deputatı Aydın Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Vətən müharibəsi iştirakçıları və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Mərkəz rəisi polkovnik Elnur Məhərrəmov cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qüdrətli Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib, qazanılan misilsiz Qələbənin əhəmiyyətindən danışıb.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi tarixi Zəfərlə sona çatıb, işğal altında olan əzəli torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimiz misilsiz şücaət göstərib, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazıblar.

Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.













Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri