Icma.az
close
up
RU
FHN dən hava ilə bağlı çağırış

FHN dən hava ilə bağlı çağırış

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, bildirilib ki, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Həmçinin, leysan xarakterli yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see316

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see291

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see286

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see283

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see273

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see226

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see224

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see212

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see206

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see201

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see198

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see192

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see191

Trampın nitqi üzərindən fırıldaq edən işçi ifşa edildi

30 Avqust 2026 01:28see179

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see173

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see173

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see172

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see171

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see171

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri