Icma.az
close
up
RU
FHN ə 108 ədəd voleybol topu satan şirkət kimindir?

FHN ə 108 ədəd voleybol topu satan şirkət kimindir?

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının tərkibində olan S.Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Qafqaznet” MMC (VÖEN – 1304331081) olub.
Tenderin qalibi olan şirkət institutun voleybol klubu üçün müxtəlif növ avadanlıqlar və mal-materiallar satacaq və qarşılığında 106 min 276 manat 91 qəpik alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Qafqaznet” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədə — “Çinar Park” biznes mərkəzinin 4-cü mərtəbəsində, 415-ci otaqda yerləşən MMC-nin qanuni təmsilçisi Əfəndiyev Ramiq Natiq oğludur.
Onu da bildirək ki, “Qafqaznet” MMC-nin saytında bu şirkətin informasiya texnologiyaları (İT) sahəsində fəaliyyət göstərdiyi qeyd olunub. Amma maraqlıdır ki, MMC institutun voleybol klubuna İT avadanlıqları ilə birgə 108 ədəd voleybol topu və 4 ədəd top daşıyıcı səbət də satacaq.
Məlumat üçün bildirək ki, açıqlanan son məlumatlara görə, “Qafqaznet” MMC-nin yeganə təsisçisi Hacıyev Toğrul Ülvi oğludur. Toğrul Hacıyev ölkənin aparıcı holdinqlərindən olan “Gilan” holdinqə bağlı çoxsaylı şirkətlərə də rəhbərlik edir. Bundan başqa, Toğrul Hacıyev “AFB Bank”ın səhmdarlarından biridir və bu bankın da əvvəlki sahibi “Gilan” holdinq olub.
Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan” holdinqə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib. Diqqət çəkən məqamlardan biri də odur ki, tenderin qalibi olan “Qafqaznet” MMC əsasən FHN-in keçirdiyi satınalmalarda qalib olur. Məsələn, “Qafqaznet” MMC-nin son 3 ildə qalib olduğu 34 tender müsabiqəsindən 30-u FHN tərəfindən keçirilən satınalmalar olub.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 22 Yanvar 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri