Icma.az
close
up
RU
FHN əhaliyə xəbərdarlıq etdi: Hava şəraiti kəskin dəyişəcək

FHN əhaliyə xəbərdarlıq etdi: Hava şəraiti kəskin dəyişəcək

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Yaxın günlərdə qeyri-sabit və yağıntılı hava proqnozlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, bəzi bölgələrdə intensiv yağışlar gözlənilir, dağ çaylarından qısamüddətli sel keçə bilər. Bununla yanaşı, şimşək çaxacağı və güclü külək əsəcəyi bildirilir.

Fövqəladə Hallar Nazirliyi vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Güclü külək zamanı diqqətli olun!

• Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun.

• Elektrik dirəkləri və naqillərinin, hündür ağacların altında dayanmayın.

• Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin, çünki külək yanğınların söndürülməsini çətinləşdirə bilər.

• Kiçikhəcmli gəmi sahibləri və istifadəçiləri hava şəraiti normallaşana qədər dənizə çıxmamalıdır.

İldırım təhlükəsinə qarşı tədbirlər

• Elektrik cihazlarını şəbəkədən ayırın.

• Telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmaqdan çəkinin.

• Açıq havada elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq durun.

• Hündür ağacların altında daldalanmayın, bunun əvəzinə nisbətən çökək yer seçin.

• Avtomobildə olduqda hərəkəti dayandırın, şüşələri bağlayın və ildırımın bitməsini gözləyin.

Sel və daşqın təhlükəsinə qarşı nə etməli?

• Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun.

• Belə bir vəziyyətlə üzləşdikdə dərhal daha yüksək ərazilərə qalxın.

FHN vətəndaşları diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.

Unutmayın:

Qaydalara biganəlik həyatınıza təhlükə yarada bilər!

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri