FHN əməkdaşı xidmət zamanı həyatını itirib
Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Bu gün saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:FHN in əməkdaşı sürücünün həyatını xilas etdi
12 Oktyabr 2025 21:17
Naxçıvanda FHN əməkdaşı faciəli şəkildə həyatını itirdi FOTO
02 May 2026 12:27
Polis əməkdaşı güllə yarasından həyatını itirib
16 Noyabr 2024 12:47
Polis əməkdaşı yol qəzasında həyatını itirib
15 Noyabr 2024 20:29
FHN əməkdaşı iş yerində öldü
12 Avqust 2025 12:36
Baxış sayı:206
Bu xəbər 22 Fevral 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















