FHN əməkdaşları stolüstü tennis yarışında yüksək nəticələr əldə ediblər
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
“Şüa” İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 15 dövlət qurumundan əməkdaşlar öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar.
Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət komandasının üzvləri yüksək nəticələr əldə ediblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub. Komandanın digər üzvü Dövlət Yanğından Mühafizə Xİdmətinin əməkdaşı daxili xidmət baş çavuşu Vüqar İbrahimov isə bürünc medal qazanaraq üçüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Fevral 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















