Icma.az
close
up
RU
FHN “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirib

FHN “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində “Fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, dağıntılar altında qalanların axtarışı və qəza-xilasetmə işlərinin aparılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd Qoruğun ərazisində yaşayan əhalinin və fəaliyyət göstərən obyektlərin əməkdaşlarının üzləşə biləcəyi fövqəladə hallarla bağlı məlumatlandırılması, fövqəladə hallar zamanı fəaliyyət üzrə əməliyyat və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və bu istiqamətdə mövcud planların reallığının yoxlanılması, habelə müvafiq maarifləndirmə işinin aparılması olub.

Tədbirə FHN və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ümumilikdə 46 nəfərdən ibarət şəxsi heyəti və 6 xüsusi texnikası cəlb edilib.

Təlim praktiki və nəzəri hissədən ibarət olub. Nəzəri hissədə FHN əməkdaşları tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına fövqəladə hallar və bunlarla bağlı davranış qaydaları, o cümlədən təxliyənin təşkili məsələləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Praktiki hissədə Qoruğun ərazisində baş vermiş şərti yanğınla müşayiət olunan “partlayış”la əlaqədar yaranmış vəziyyətin qiymətləndirilməsi, qüvvə və vasitələrin hadisəyə çevik reaksiyası, habelə kəşfiyyat, axtarış-xilasetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə komandir-rəis heyətinin fəaliyyətləri təşkil olunub. Şərti yanğın nazirliyin yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, “hadisə” baş vermiş binada “köməksiz vəziyyətdə qalmış” şəxslər xilasedicilər tərəfindən “xilas edilərək ilk yardım göstərildikdən” sonra aidiyyəti üzrə təhvil verilib.

Daha sonra təlim çərçivəsində əldə edilmiş nəticələrin müzakirəsi məqsədilə toplantı keçirilib, müvafiq tapşırıqlar verilib.

-1 / 7

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri