FHN in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirdi
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Dağıntılar altında köməksiz vəziyyətdə qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirilib.
Nazirlikdən verilən xəbərə görə, təlim Regional Mərkəzin Xilasetmə hissəsinin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə davranışlarının, gecə vaxtı baş verə bilən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Praktiki təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Sonda təlim zamanı həyata keçirilmiş əməliyyatların təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 19 Mart 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















