FHN in ev layihəsində diqqət çəkən qiymət Bir ev üçün 93 min manat
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti "Şəmkir Tikinti-18” ASC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, şirkət qurumun "cənub bölgəsində 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi” ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Satınalma müqaviləsinin maliyyə dəyəri 186 665,99 manatdır.
Bu məbləğə 2 ədəd 1 mərtəbəli 3 otaqlı fərdi evin tikilməsi nəzərdə tutulur. Bu halda bir evin tikintisi orta hesabla 93 332 manata başa gələcək. Evlərin konkret olaraq hansı rayonda inşa ediləcəyi məlum deyil.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Şəmkir Tikinti-18” ASC 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 64 458 manatdır. Hüquqi ünvanı Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Abdullayev Vaqif Çingiz oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında əlavə məlumatlara rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət cari bu tender də daxil iki satınalma müsabiqəsinin qalibi seçilib.
Şirkətin bundan əvvəl qalib gəldiyi tender Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilib. Satınalma predmeti Cəbrayıl şəhərində yerləşən tarixi-memarlıq abidəsinin bərpası və yenidənqurulmasıdır. Şirkətin bu layihə ilə bağlı qiymət təklifi 475 602,23 manat olub.
Ötən il isə "Şəmkir Tikinti-18” ASC 5 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi dəyəri 4 167 106,61 manat olub.
Seyid
Baxış sayı:141
Bu xəbər 29 İyun 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















