Icma.az
close
up
RU
FHN in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə ediblər Fotolar

FHN in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə ediblər Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3-4 oktyabr tarixlərində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində karate idman növü üzrə yarışlara yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışda iştirak edən 8 ölkədən 96 idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda uğurla çıxış edən 24 idmançıdan ibarət Azərbaycanın karate üzrə milli yığma komandasının üzvləri olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət baş çavuşu Rövşən Əliyev, Mülki müdafiə qoşunları N saylı hərbi hissəsinin əsgəri Nuran Rzazadə kata və kumite yarışlarında yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, kişilər arasında kumite yarışlarında -67 kq çəki dərəcəsində 5 döyüş keçirərək finala vəsiqə qazanan Nuran Rzazadə final görüşündə Qırğızıstan təmsilçisinə 7:3 hesabı ilə qalib gələrək III MDB Oyunlarının qızıl medalına sahib çıxıb.

Bundan əlavə, kişilər arasında şəxsi kata yarışlarında komandanın digər üzvü Rövşən Əliyev isə bürünc medala yiyələnməyi bacarıb.

III MDB Oyunlarında karate idman növü üzrə yarışların keçirilməsində Azərbaycan milli dərəcəli hakimi, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət leytenantı Murad Hacızadə də iştirak edib.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi Nazirliyin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri