FHN in taekvondo üzrə komandasından yüksək nəticələr...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
24-27 dekabr 2025-ci il tarixlərində FHN-in İdman-sağlamlıq klubunun idman arenasında Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılğı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçirilib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, yarışlarda ölkənin müxtəlif şəhər və rayonlarından 72 klub və idman cəmiyyətlərindən 440-a yaxın idmançı əzmkar mübarizə aparaq öz qüvvələrini sınayıblar.
Çempionatda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun taekvondo üzrə gənclər və böyüklərdən ibarət komandasının üzvləri – İdman-sağlamlıq klubunun əməkdaşı gizir Xəyalə Ağayevanın rəhbərliyi altında yüksək nəticələr əld ediblər. Belə ki, gənclər arasında keçirilən birincilikdə 49kq çəki dərəcəsində Nilüfər Borji bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvü 52kq çəki dərəcəsində Gülnar Hacızadə isə gümüş medalın sahibi olub. Bundan əlavə, böyüklər arasında keçirilən çempionatda 49kq çəki dərəcəsində Səmərrux Osmanova və 67kq çəki dərəcəsində Nərmin Ənsari qızıl, 46kq çəki dərəcəsində Aişə Səfərli, 53kq çəki dərəcəsində Leyla Əhmədova və 57kq çəki dərəcəsində Meylin Məmmədzadə bürünc medal qazanıblar.
Beləliklə, FHN-in İdman-sağlamlıq klubunun taekvondo üzrə komandası medal sayına görə komanda hesabında 3-cü yerə layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 29 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















