Icma.az
close
up
RU
FHN: Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir YENİLƏNİB1

FHN: Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir YENİLƏNİB1

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 13-də Lənkəran şəhəri şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində 2 nəfər balıqçının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında axtarışlar davam etdirilir.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşlar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. Əlavə məlumat veriləcək.

***

12.00

Lənkəranda itkin düşən balıqçıların axtarışları davam edir.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda ötən gündən itkin düşən balıqçılar - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun axtarışları davam etdirilir.

Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Yaxınlarının verdiyi məlumata görə, sonuncu dəfə onların mobil nömrələrinə saat 02:00 radələrində və səhər saatlarında zəng çatıb, amma cavab verən olmayıb.

***

00.01

Lənkəranda balıqçılar itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar.

Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata qədər onlardan heç bir xəbər yoxdur. Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışını həyata keçirir.

Hazırda Lənkəranda bəzi ərazilərdə duman müşahidə olunur. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, hər iki şəxsin uzun müddətdir ki, balıqçılıqla məşğul olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see244

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see200

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see197

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see162

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see148

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see147

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see139

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see134

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see127

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see125

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri