FHN: Lökbatanda anbarda yanğın olub FOTOLENT
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən obyektdə yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın barədə nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 100 kvadratmetr olan anbarda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun bitişik anbarlara keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində anbarın yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Bitişik anbarlar yanğından mühafizə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 18 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















