Icma.az
close
up
RU
FHN nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyinə dair tədbir keçirib

FHN nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyinə dair tədbir keçirib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin, eləcə də daşıyıcı şirkətlərin və nəqliyyat müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev nəqliyyat vasitələrində, xüsusilə sərnişin daşımalarında yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışıb. Bildirib ki, ictimai nəqliyyat vasitələrində baş verə biləcək yanğın hadisələri insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır və bu sahədə daşıyıcı şirkətlər tərəfindən profilaktik tədbirlərin gücləndirilməsi xüsusi əhəmiyyətə malikdir.

Tədbirdə sürücülərin və texniki personalın yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi, nəqliyyat vasitələrinin texniki sazlığının təmin edilməsi və onlara vaxtaşırı texniki qulluq göstərilməsi, ilkin yanğınsöndürmə vasitələrinin və avtomobillərə istehsalçı zavodlar tərəfindən quraşdırılan avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə saxlanılması, yanacaq sistemlərinin, mühərrik şöbələrinin asan alışan yanacaq-sürtgü materiallarından təmiz saxlanılması, xüsusilə elektrik doldurma qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsi, daşıyıcıların bu barədə məsuliyyəti və sərnişinlərin təhlükəsizliyinin prioritet məsələ kimi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədr müavini Natiq Dadaşov və Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Mübariz Ağayev tərəfindən sözügedən sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda daşıyıcılara yanğın təhlükəsizliyi qaydaları, avtomobil parklarında və qarajlarda yanğın təhlükəsizliyi barədə metodiki tövsiyələr çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri