FHN Nəvahidə 11 ədəd ikiotaqlı evin tikintisinə 718 min manatdan çox vəsait xərcləyəcək
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti tender müsabiqələri elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələri Nəvahi qəsəbəsində 11 ədəd ikiotaqlı, Salyan və Sabirabad rayonlarında isə 4 ədəd ikiotaqlı fərdi yaşayış evinin tikintisini əhatə edir.
Qeyd edək ki, Nəvahi qəsəbəsində tikiləcək 11 ədəd ikiotaqlı fərdi yaşayış evinin ehtimal olunan dəyəri 718 min 352 manat 14 qəpik, Salyan və Sabirabad rayonlarında tikiləcək 4 ədəd ikiotaqlı fərdi yaşayış evinin ehtimal olunan dəyəri isə 261 min 218 manat 96 qəpik təşkil edir.
Açıqlanan məlumatlara əsasən, FHN Nəvahi qəsəbəsində bir ədəd ikiotaqlı fərdi yaşayış evinin tikintisinə 65 min 305 manat, Salyan və Sabirabad rayonlarında tikiləcək bir ədəd ikiotaqlı evin tikintisinə isə 54 min 55 manat vəsait ayırmağı planlaşdırır.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:FHN Nəvahidə 1 ədəd 2 otaqlı evi 65 min manata tikdirəcək
26 May 2025 17:04
Əsas kapitala 11 milyard manatdan çox vəsait yönəldilib
10 Sentyabr 2025 17:05
FHN biri 468 min manatdan 10 ədəd yanğınsöndürən avtomobil aldı
19 Noyabr 2025 09:47
DİN: 11 min manatdan çox pul oğurlanıb
09 May 2025 10:49
160 min manatdan çox gecikdirilmiş vəsait ödənilib
12 İyul 2025 12:33
Baxış sayı:89
Bu xəbər 06 Aprel 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















