FHN nin şöbə rəisi Çelsi Baxşıyevanı intim videoları ilə hədələyib? Yoldaşıma nəsə desən...
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Model, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi ilə sevgi münasibəti yaşadığını iddia edib.
Bloqer həmin adamın evli və iki uşağının olduğunu bilmədiyini deyib. O bu məlumatı öyrəndikdən sonra sevgilisi tərəfindən intim videoları ilə təhdid olunduğunu bildirib.
Demokrat.az xəbər verir ki, Çelsi Baxşıyeva bu barədə oxu.az-a danışıb. Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar: “Adını açıqlamaqda problem yoxdur – Anar Pirməmmədov. Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib. Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim.
İki gün sonra Nəsimi Rayon Polis Bölməsinə gedib məndən şikayət etdilər. Həyat yoldaşı şikayətçi oldu. Məni bölməyə çağırdılar, izahat aldılar və buraxdılar. Sonra dedim ki, üzr istəməsələr və hər şeyi boyunlarına almasalar, məsələni ictimailəşdirəcəyəm və FHN-ə də müraciət edəcəyəm. Bir müddət sonra üzr istədi və hər şeyi boynuna aldı. Mən də məsələni bağladım”. O, sözlərinə belə davam edib: “2025-ci ildə “TikTok”la bağlı saxlanıldım. Fevralın 11-də məni 30 sutka həbs etdilər. 388-ci maddə ilə saxlanılmışdım və mənə cərimə nəzərdə tutulurdu. Həbsdən çıxandan sonra öyrəndim ki, Anarın atası Həsrət Pirməmmədovdur. Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub. Həsrət Pirməmmədovun qardaşı, yəni Anarın əmisi isə İlham Pirməmmədovdur. O da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var.
Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiridir – hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovanı deyirəm. Bundan başqa, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur. A.Pirməmmədov xidməti avtomobillə ardımca gəlirdi. Əlavə olaraq məlumat aldım ki, Anar nazirin birinci müavini Rəfail Mirzəyevin yaxın qohumudur. Ona bildirilib ki, məsələ ictimailəşsə, işdən çıxarılacaq”.

Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:FHN nin şöbə rəisi Çelsi Baxşıyevanı intim videoları ilə hədələyib? “Yoldaşıma nəsə desən…”
21 Fevral 2026 09:06
İntim videoları ilə məşhurlaşan FHN nin polkovnikinə yox deyildi
27 Sentyabr 2025 18:05
“Həyat yoldaşıma görə dişlərim töküldü”
22 Aprel 2026 15:10
Şöbə rəisi istefa verdi
01 İyul 2026 16:32
Şöbə rəisi vəzifəsindən ayrıldı
26 Oktyabr 2026 16:14
Baxış sayı:552
Bu xəbər 20 Fevral 2026 21:16 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları