FHN: Ötən sutka 15 yanğına çıxış olub, 8 nəfər xilas edilib
Xalqcebhesi-dan alınan məlumatlara görə, Icma.az xəbər verir FHN: Ötən sutka 15 yanğına çıxış olub, 8 nəfər xilas edilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib, yanğınlar zamanı 5 nəfər təxliyə edilib.
![](https://xalqcebhesi.az/media/2024/11/26/371x177/462583314_1002094501679785_8395773421229033805_n.jpg)
![](https://xalqcebhesi.az/media/2024/11/26/371x177/462555940_887363403522293_7212811800764559974_n.jpg)
![](https://xalqcebhesi.az/media/2024/11/26/371x177/674561603ee09674561603ee0a1732600160674561603ee07674561603ee08.jpg)
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)