Icma.az
close
up
RU
FHN Şimal regionunda taktiki xüsusi təlim keçirib VİDEO

FHN Şimal regionunda taktiki xüsusi təlim keçirib VİDEO

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

28-31 iyul 2025-ci tarixlərində Xaçmaz şəhərində taktiki xüsusi təlim keçirilib.

Bu barədə APA-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılğı ilə reallaşdırılan təlimə hazırlıq tədbirlərində və təlimin keçirilməsində Nazirliyin Şimal Regional Mərkəzinin, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin həmin regionda fəaliyyət göstərən bölmələrinin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Təlimə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) üzvləri, Şimal Regional Mərkəzinin və Nazirliyin qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri, həmçinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB)”nin qüvvələri cəlb olunub.

4 günlük təlimin ilk günündə Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri polkovnik Ələsgər Əliyev BAXD-ın fəaliyyəti barədə məlumat verərək bildirib ki, dövlətimizin diqqət və qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasetmə qurumları təkcə ölkə daxilində fəlakətlərin nəticələrinin aradan qaldırılması deyil, həm də fəlakətdən zərər çəkmiş digər ölkələrə yardım göstərmək imkanlarına malikdir. Onun sözlərinə görə, respublikamızda və xarici ölkələrdə keçirilən bir sıra təlim və kurslarda yaxından iştirak edən Beynəlxalq dəstənin üzvləri qazandıqları bilik və təcrübə nəticəsində humanitar əməliyyatlarda öz vəzifələrini uğurla yerinə yetirirlər.

Təlimin nəzəri hissəsində Dəstənin əməkdaşları tərəfindən “Beynəlxalq Axtarış-xilasetmə və Məşvərət Qrupunun (İNSARAG)” təlimatları əsasında idarəetmə, koordinasiya, logistika və axtarış-xilasetmə sahəsində standartlar və tərtib olunan sənədlər, “Virtual Sahə Əməliyyatlarının Koordinasiya Mərkəzinin (VOSOCC)”, “İNSARAG Koordinasiya və İdarəetmə Sisteminin (İCMS)” imkanları və iş prinsipləri, beynəlxalq humanitar əməliyyatlarda medianın rolu mövzularında təqdimatlar dinlənilib. Təlim iştirakçıları zəruri sənəd və avadanlıqlarla komplektləşdirilmiş “Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC)” və “Qəbuletmə-yolasalma Məntəqəsinin (RDC)” iş prinsipləri, həmçinin humanitar əməliyyatlar zamanı idarəetmənin və koordinasiyanın həyata keçirilməsində istifadə olunan müasir peyk rabitə vasitələrinin imkanları ilə nəzəri və praktiki şəkildə yaxından tanış olublar.

Təlimin praktiki hissəsində Şimal Regional Mərkəzinin və Nazirliyin xilasetmə qurumlarının həmin regionda fəaliyyət göstərən struktur bölmələri şərti olaraq şimal regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəlb olunub. Bu məqsəd ilə qüvvələr hazırlıq vəziyyətinə gətirilib, təyin olunmuş əraziyə yürüş həyata keçirilib, “Əməliyyatlar bazası (BoO)” qurulub, bölmələrin yerləşməsi üzrə tədbirlər reallaşdırılıb. Pilotsuz uçuş aparatının, akustik axtarış cihazının, termal kamera və digər xüsusi vasitələrin tətbiqi ilə ərazidə yaranmış vəziyyət qiymətləndirilib, əsas fəaliyyət istiqamətləri müəyyən olunub. Eyni zamanda xilasedicilərin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb, o cümlədən, dağılmaq təhlükəsi olan tikililərin “dayaqvermə” üsulu ilə möhkəmləndirilməsindən sonra, müasir avadanlıqlar tətbiq olunmaqla dağıntılar altından və hündürlükdən xilasetmə tədbirləri həyata keçirilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Yekunda nəzəri və praktik təlimin gedişatı təlimə cəlb olunan şəxsi heyətlə geniş müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri