FHN: Sumqayıtda partlayışın baş verdiyi əraziyə xilasedicilər cəlb olunub
Sia Az-dan verilən məlumata əsasən, Icma.az xəbər verir FHN: Sumqayıtda partlayışın baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərindəki yaşayış binasında baş vermiş partlayışla bağlı məlumat yayıb. SİA xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub: “Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub”.
Xatırladaq ki, Sumqayıtda yaşayış binasında baş vermiş partlayışda azı 3 nəfərin yaralandığı bildirilir. Bir nəfərin dağıntılar altında olduğu güman edilir.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)