Icma.az
close
up
RU
FHN və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə konfrans keçirildi

FHN və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə konfrans keçirildi

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

FHN və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans keçirilib.

Bu barədə Publika.az-a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar" mövzusunda konfrans təşkil olunub.

Konfransda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və Nazirliyin əməkdaşları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının əməkdaşları, Milli Məclisin deputatları Aydın Hüseynov və Aydın Mirzəzadə, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, əməkdar jurnalist Mübariz Əsgərov və FHN yanında İctimai şuranın üzvləri iştirak ediblər.

Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov salamlama nitqi ilə çıxış edərək, Dahi Rəhbər Heydər Əliyevin şərəfli ömür yolundan, Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb.

Tarixi Şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən dərin ehtiramla anıldığını qeyd edən nazir müavini Ümummilli Lider tərəfindən ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğunun möhkəm əsaslarının qoyulduğunu vurğulayıb. Bildirilib ki, dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi əhəmiyyət verilib və bu sahədə aparılmış islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynayıb.

Ombudsman Səbinə Əliyeva tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin fövqəladə hallar orqanlarının yaradılması üçün institusional bazanın formalaşdırılmasında xüsusi xidmətlərinin olduğunu, Dahi Liderin rəhbərliyi ilə fövqəladə halların idarə olunması sahəsində də strateji yanaşmanın formalaşdırıldığını qeyd edib.

Müvəkkil Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, hüquqi və digər sahələrdə inkişafına yönəlmiş çoxsaylı islahatların əsasını qoyduğunu bildirib.

S.Əliyeva Ulu Öndərin Azərbaycanda hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində apardığı hüquqi islahatların ölkəmizin beynəlxalq hüquq sisteminə inteqrasiyasını sürətləndirdiyini, vətəndaşların hüquq və azadlıqlarını qorumaq üçün təsirli mexanizmlərin təsis olunmasına zəmin yaratdığını diqqətə çatdırıb. Müvəkkil dövlətin ali məqsədi olan insan hüquqlarının müdafiəsinə xidmət edən Ombudsman təsisatının da məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayıb.

Ombudsman təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı siyasətin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun olaraq uğurla davam etdirildiyini bildirib, son illərdə insan hüquqları sahəsində bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin deputatları Aydın Mirzəzadə və Aydın Hüseynov, FHN Akademiyasının rəisi Baba Salayev, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və əməkdar jurnalist Mübariz Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı yolunda atdığı tarixi addımlardan danışıb, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatların əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirin yekununda “Ölüm hökmü - ömürlük cəza” sənədli filmi nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see196

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see125

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see121

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see117

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see115

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see112

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see112

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see108

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see108

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri