FHN xüsusi qayğıya ehtiyacı olan insanların yanğın təhlükəsizliyinin təmin olunmasını davam etdirəcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) xüsusi qayğıya ehtiyacı olan insanların yanğın təhlükəsizliyinin təmin olunması, onların həyat və fəaliyyətlərinin yanğından mühafizəsi istiqamətində tədbirləri davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev məlumat verib.
O qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan insanların sosial reabilitasiya mərkəzində Dövlət Yanğına Nəzarət Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. “FHN mütəmadi olaraq bu tip obyektlərdə texniki müayinələrin aparılması, burada çalışan insanların yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi, yanğın zamanı davranış qaydaları, həmçinin binaların yanğın təhlükəsizliyi tələblərinə uyğun istismarı istiqamətində maarifləndirmə tədbirləri həyata keçirir. Tədbirlərdə yanğınsöndürmə vasitələrindən istifadə, təxliyyənin idarəolunması kimi məsələlərə xüsusi diqqət ayrılır”, – deyə C.Xudiyev qeyd edib.
O əlavə edib ki, tədbir zamanı yanğından mühafizə sistemlərinin qorunması, onların təyinatı üzrə istifadəsi və digər vacib məsələlər personalın diqqətinə çatdırılıb: “Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunmaqla praktiki döyüş açılışı da həyata keçirilib. Bu, obyektin yanğınsöndürmə əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədi daşıyırdı. Nazirlik gələcəkdə də bu tip obyektlərdə analoji tədbirlərin keçirilməsini davam etdirəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 23 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















