Icma.az
close
up
RU
FHNdə COP29la əlaqədar növbəti müşavirə keçirilib

FHNdə COP29la əlaqədar növbəti müşavirə keçirilib

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) aidiyyəti üzrə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə növbəti müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən müşavirədə nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq beynəlxalq ictimaiyyət tərəfindən keçirilməsi Bakıya etibar edilmiş COP29-un əhəmiyyətindən danışıb, mötəbər tədbirin yüksək səviyyədə baş tutacağına əminliyini bildirib.

Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələri bir daha vurğulayan nazir bununla bağlı işlərin ardıcıl olaraq planlı şəkildə yerinə yetirildiyini qeyd edib.

Sonra müşavirədə COP29-a hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin nazirlikdə təsdiq olunmuş Tədbirlər Planı üzrə sonuncu müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar geniş məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.

Müşavirəyə yekun vuran nazir Kəmaləddin Heydərov tədbirlə bağlı nazirlik qarşısında duran vəzifələrin yüksək səviyyədə icra ediləcəyinə bir daha əminliyini bildirib, müvafiq tapşırıqlar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2024 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see190

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see158

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see145

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see144

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see138

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see137

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see135

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see132

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see131

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see131

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see130

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see121

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see120

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see118

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see117

Alkoqolun təhlükəsiz dozası yoxdur..!

08 Sentyabr 2025 23:46see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri