Icma.az
close
up
RU
FHNin karate komandasının üzvləri çempionatda yüksək nəticələr əldə ediblər

FHNin karate komandasının üzvləri çempionatda yüksək nəticələr əldə ediblər

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında karate üzrə yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatı keçirilib.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarından 50-yə yaxın karate klubu olmaqla 650-dən çox idmançı mübarizə aparıb.

Yarışda iştirak edən FHN-in uşaq, yeniyetmə, gənc, böyüklər və parakarateçilərdən ibarət karate komandasının üzvləri kumite və kata yarışlarında məşqçi müəllimlər Coşqun Sadıqov, Rafael Məmmədov, Akif Kərimov və Xəyal Məmmədovun rəhbərliyi altında yüksək nəticələr əldə ediblər.

Belə ki, FHN-in karate komandasının idmançıları (12-13 yaş-40 kq) Ramazan Mustafazadə və Cavid Hacıyev bürünc medal, (12-13 yaş-42 kq) Ayşənur Cəfərli bürünc, (12-13 yaş-45 kq) Toğrul Fətəlizadə gümüş, Murad Əhmədzadə bürünc medal qazanıblar. Komandanın digər üzvləri 16-17 yaş kateqoriyası üzrə -52 kq çəki dərəcəsində Əli Səfərov və -53 kq çəki dərəcəsində Fatma Hacıyeva bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib çıxıblar. Cahangir Qayıbov isə -76 kq çəki dərəcəsində gümüş medala yiyələnib.

Kata üzrə yarışda isə Samirə Məmmədova qızıl medala yiyələnib. Bundan əlavə, 18-21 yaş kateqoriyası üzrə -84 kq çəki dərəcəsində Nihad Kərimzadə qızıl, -75 kq çəki dərəcəsində Nicat Kərimli, +84 kq çəki dərəcəsində Yavərbəy Abdullayev, -75 kq çəki dərəcəsində Nicat Hacılı və -50 kq çəki dərəcəsində Azərin Nəcəfova bürünc medalın sahibi olublar.

Şəxsi kata yarışlarında 12-13 yaş kateqoriyası üzrə komanda üzvləri Elcan Sultanov gümüş, parakarateçilər arasında isə Nihad Məmmədzadə qızıl, Eldar Əhmədov isə gümüş medal qazanıblar.

Böyüklər arasında keçirilən kumite yarışında Nicat Kərimli gümüş, kata yarışında isə Samirə Məmmədova qızıl medala yiyələnib. Ümumilikdə isə FHN-in karate komandasının üzvləri 6 qızıl, 5 gümüş və 8 bürünc medal qazanmaqla medal sayına görə siyahıda altıncı yerə yüksəliblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşüb, onları təbrik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri