FHNin voleybol komandası ölkə kubokunun qalibi OLDU
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 4-ü Gənclər və İdman Nazirliyinin Voleybol mərkəzində Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə kişi voleybolçular arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun final qarşılaşması baş tutub.
Bu barədə redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, ölkə kubokunda B qrupunda yer alaraq finala vəsiqə qazanan FHN-i təmsil edən kişilərdən ibarət “Xilasedici” voleybol komandası final görüşündə "Azerrail" komandasını 3:0 hesabı ilə məğlub edərək ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, "Xilasedici" voleybol komandası kubok oyunlarında bundan əvvəl "Murov AZ Terminal", "MOİK" və "Neftçi" komandalarını məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Noyabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















