FIBA dərəcəli hakimlərimiz Avropa arenasında
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
FIBA dərəcəli beynəlxalq hakimlərimiz, iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarında ölkəmizi təmsil edəcəklər.
İdman.biz xəbər verir ki, Ali basketbol qurumu FIBA -nın ölkəmizdən seçdiyi 4 hakim - Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar.
Ələkbər Həsənov - Serbiya U-18 oğlanlar “A” divizionu (26 iyul-3 avqust) və Gürcüstan U-16 oğlanlar “A” divizionu (8-16 avqust)
Ruslan Xalıqov - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar “A” divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar “C” divizionu (5-13 iyul)
Urfan Bayramlı - Rumıniya U-18 oğlanlar “B” divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar “B” divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar “B” divizionu (7-16 avqust)
Anastasiya Slojenitsina - Litva U-18 qızlar “B” divizionu (4-13 iyul)
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















