Fidan: Türkiyə Avropanın təhlükəsizliyində mərkəzi rol oynayır
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Avropa təhlükəsizliyi yalnız Avropa İttifaqı ilə məhdudlaşdırıla bilməz, çünki bu, daha vahid yanaşma tələb edir. Bu baxımdan o, Türkiyənin mərkəzi rolunu vurğulayıb.
Xəbəri “Anadolu” yayıb.
Diplomatik mənbələrdən verilən məlumata görə, Fidan Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və “Chatham House” tərəfindən Ankarada təşkil edilən “Ankara zirvəsindən sonra Avropa təhlükəsizliyi: Avropada NATO müttəfiqləri arasında əməkdaşlığın gücləndirilməsi” adlı tədbirdə çıxış edib.
Nazirin sözlərinə görə, yeni dövrdə NATO strateji potensialının artırılmasına diqqət yetirməlidir. O qeyd edib ki, alyans sadəcə mövcud təhdidlərə reaksiya verən bir struktur olmaqdan çıxmalı və daha uzunmüddətli və əhatəli təhlükəsizlik vizyonu inkişaf etdirməlidir.
Fidan bildirib ki, ABŞ və Avropa arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, NATO sammitində bunun nəzarətsiz böhrana çevrilməyəcəyi və həll edilə biləcəyi qeyd edilib. O, həmçinin deyib ki, ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirakı mövcud problemlərin idarə olunması üçün vacibdir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 07 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















