Fidan: Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyada gizlənirlər
Icma.az bildirir, Report.az portalına istinadən.
Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə adı altında gizlənirlər.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesinin perspektivləri” mövzulu paneldə çıxışı zamanı deyib.
O, Suriyanın gələcəyi ilə optimist olmaq lazım olduğunu vurğulayıb: “On illərdir ölkədə davam edən sabitsizlik, nəhayət aradan qalxdı. Region ölkələri Suriya ilə bağlı həmfikirdirlər. Biz qonşu ölkələrə qarşı təhdid görmək istəmirik. Terrorçuluğun inkişafını istəmirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını istəyirik”.
Nazir söyləyib ki, digər ölkələr kimi, Suriyada da yalnız bir qanuni silahlı qüvvələr olmalıdır: “Silahlı qruplar vahid ordu kimi birləşməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















