Icma.az
close
up
RU
FIFA agenti: Limitin ləğvi Azərbaycan futbolunun inkişafına hesablanmış addımdır

FIFA agenti: Limitin ləğvi Azərbaycan futbolunun inkişafına hesablanmış addımdır

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“AFFA İcraiyyə Komitəsinin son iclasında növbəti mövsümdən Premyer Liqada legioner limitinin ləğv edilməsi qərarı Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında FIFA agenti Səid Bağırov deyib.

O, bildirib ki, qərarlar ictimaiyyətə elan edildikdən sonra birmənalı qarşılanmayıb: "Futbolda legioner limitinin ləğvi bir çox ölkənin keçdiyi yoldur, onlarda da bu prosesə asan keçid olmayıb. Əlbəttə, ölkəmizdə də bu məsələ ilə bağlı müzakirələr hələ də davam edir. Bizə görə bu qərardan sonra insanlarda və ya hazırkı oyunçuların ağlında əsas sual budur: yerli futbolçuların karyerası necə olacaq və ya onlar harada oynayacaqlar? Yəni, məsələ bir az da psixolojidir. Düşünürlər ki, legioner oyunçulara görə mövqelərini itirəcəklər. Futbol bacarığına inanan oyunçular bunu problem kimi görməməli, əksinə, rəqabətə girməlidirlər. Yəqin ki, alınan qərarların dərinliyində "rəqabət ruhu"nun artırılması, yerli futbolçularımızın öz üzərində daha çox işləməsi kimi məqamları da nəzərdə tutublar".

Bağırovun sözlərinə görə, qərarın texniki tərəfləri daha maraqlıdır: “Məsələn, Premyer Liqada klubların sayının 10-dan 12-yə artırılması ölkə çempionatına marağı daha da artıracaq, futbolçuların yüksək liqa klublarında çıxışına imkan yaradacaq. Belə olduğu halda I və II liqalarda da ümumi olaraq klubların sayı artmalıdır. Hətta legioner limitinin ləğvi aşağı liqalarda oyunçu maaşlarına da müsbət təsir etməlidir. Çünki çempionatın izlənmə səviyyəsi artdıqca gəlirlər çoxalır, bu isə birbaşa oyunçu maaşlarına da yaxın gələcəkdə müsbət təsir göstərməlidir".

Futbol agenti qeyd edib ki, əslində, legioner limitinin ləğvi nəzəri olaraq qərara alınsa da, praktiki olaraq, tətbiqi heç də asan görünmür: “Yəni, bu, o demək deyil ki, bütün klublar ancaq legioner oyunçu transfer edəcək. Hər bir legioner üçün tətbiq edilən yeni rüsumlar bu formada düşünməyə imkan yaradır. Əvvəl legioner oyunçulara görə rüsum hər bir futbolçu üçün 5 min manat idi. 12-ci oyunçudan sonra hər futbolçu üçün əlavə 50 min manat ödənilirdi. Əgər oyunçu öz ölkəsinin millisində oynayırdısa, 5 min manatlıq rüsumdan azad olunurdu. Ancaq indi millidə forma geyinsə belə, klub oyunçu üçün rüsum ödəməli olacaq. Yəni milli komanda üzvü üstünlüyü ləğv olunub. Əlavə olaraq, rüsumlar oyunçu sayına görə tənzimlənib. Belə ki, 1 legionerdən 7 legionerə qədər 5 min manat, 8-dən 12-yə qədər 10 min manat, 13-dən 15-ə qədər 100 min manat, 16 və daha çox oyunçu üçün 200 min manat ödənilməlidir. Bu rüsumlar nəzərə alınıb tətbiq edilərsə, AFFA 11 legioner oynatmağa icazə verərsə, klub bu sayda əcnəbi futbolçu üçün 110 min manat rüsum ödəməlidir. İştirak ərizəsinə 17 legioner oyunçu salmağa da icazə verilir, lakin bu transferləri etmək üçün ümumilikdə 3 milyon 400 min manat rüsum ödənilməlidir. Bunu edə biləcək klubumuz, demək olar ki, yoxdur. Maliyyə imkanı daha böyük olan klublarımız 8-12 ya da 13-15 say limitindən yararlana biləcəyini, imkanı daha zəif olan klublarımız elə 1-7 say limitindən yararlanacağını düşünürlər”.

O, həmçinin bildirib ki, bu qərar yerli futbolçuları "nə də olsa, limitə görə məcbur bizi də oynadacaqlar" düşüncəsindən, arxayınlığından çıxaracaq: "Artıq yerli futbolçularımız heyətə düşmək üçün daha çox çalışacaq, mübarizə aparacaqlar. Bu da öz növbəsində milli komandanın inkişafına yol açacaq. Hansı ki, son vaxtlar alınan nəticələr heç də ürəkaçan deyil. Yuxarıda da qeyd etdiyim kimi, legioner limitinin ləğvini biz bir çox ölkə, eləcə də qardaş Türkiyənin təcrübəsində də görmüşük. Son illər Türkiyə millisində oynayan bir çox oyunçu legioner limiti aradan qaldırılan vaxtda Avropa ölkələrində müxtəlif klublarda forma geyinirdilər. Yerli klublarda oynayan futbolçuların da inkişafı göz qabağındadır. Onlar da öz klublarında heyətə düşmək üçün daha çox çalışırlar. Hətta biz onu da təxmin edirik ki, komandalarımız öz yerli oyunçularımızın da xarici klublara satışında və ya icarəsində maraqlı olacaqlar. Başqa sözlə desək, onların çıxışına bu dəfə özləri də cəhd edəcəklər".

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri