Icma.az
close
up
RU
FIFA amerikalı oyunçunun “qırmızı”sını ləğv etdi Trampın xahişi ilə...

FIFA amerikalı oyunçunun “qırmızı”sını ləğv etdi Trampın xahişi ilə...

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) İntizam Komitəsi ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun diskvalifikasiya cəzasını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
 Məlumata görə, bununla da FİFA ona 7 iyul gecəsi Sietlda keçiriləcək Dünya Kubokunun 1/8 final mərhələsində Belçika ilə oyunda iştirak etməyə icazə verib.
Baloqun 1/16 final mərhələsinin Bosniya və Herseqovina ilə oyununda (2-0) müdafiəçi Tarik Muharemoviçə qarşı kobudluğa görə qırmızı vərəqə alıb. Amerikalı oyunçu rəqibinin ayağının arxasına zərbə endirib.
Reqlamentə əsasən, qırmızı vərəqə avtomatik olaraq bir oyunluq cəza ilə nəticələnir, lakin FIFA İntizam Komitəsi İntizam Məcəlləsinin 27-ci maddəsini tətbiq edərək cəzanı bir illik sınaq müddəti ilə əvəz edib.
Qırmızı vərəqənin özü isə ləğv edilməyib. Belə ki, eyni qayda pozuntusu təkrarlanarsa, hücumçu yenə də cəzasını çəkməli olacaq.
Digər tərəfdən, Baloqunun qirmızı vərəqəsinin ləğv edilməsini Amerika Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantinodan şəxsən xahiş etdiyi məlum olub. Bu barədə “Reuters” agentliyi məlumat verib.  
Tramp daha sonra FİFA-ya minnətdarlığını bildirib. O, “Truth Social” sosial şəbəkə səhifəsində “Federasiya düzgün iş gördü və böyük bir səhvi düzəltdi” – deyə qeyd edib.
Qeyd edək ki, 25 yaşlı Baloqun 2023-cü ilin yayından bəri Fransa liqasının “Monako” klubunda oynayır. O, cari turnirdə üç qol vurub. Bunlardan ikisi Paraqvayla qrup mərhələsi matçında, biri isə Bosniya 1/16 mərhələsi oyununda qeydə alınıb. O, ABŞ komandasının Dünya Kubokunda ən çox qol vuran oyunçusudur.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 İyul 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri