FİFA dan Azərbaycana 25 milyon dollar: pullar hara xərclənəcək?
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FİFA Azərbaycana 25 milyon dollaradək maliyyə dəstəyi ayıra bilər. Oktyabrın 15-də FİFA Şurasının iclasında təqdim olunan təklifə əsasən, təşkilat 2027–2030-cu illərdə futbolun inkişafına rekord həcmdə vəsait yönəltməyi planlaşdırır. Proqramın qadın və uşaq futbolunun inkişafını, idman infrastrukturunun yenilənməsini və uzunmüddətli layihələri dəstəkləməsi nəzərdə tutulur. Lakin bu məbləğ hələ təsdiqlənmiş ödəniş deyil və proqramın yekun şərtləri razılaşdırılmalıdır. Belə bir maliyyə dəstəyi reallaşarsa, vəsaitin Azərbaycanda futbolun hansı sahələrinə və necə xərclənəcəyi maraq doğurur.
Mövzu ilə bağlı futbol eksperti Rəsul Allahverdiyev Modern.az-a açıqlama verib:
“Bu, FİFA-nın yeni – Qalıq Vəsaitlər üzrə Həmrəylik Proqramıdır. Hələlik təsdiqlənmiş rəqəm yoxdur və proqramın yekun şərtləri müəyyənləşməyib. FİFA 15 oktyabr 2026-cı ildə proqramı təklif kimi təqdim edib. Bildirilir ki, 211 milli federasiyanın hər birinə 25 milyon dollaradək vəsait ayrıla bilər. Uyğunluq, müraciət, təsdiq, ödəniş, nəzarət və audit qaydalarının 2026-cı ilin dekabrında yekunlaşdırılması, daha sonra isə 2027-ci ilin martında FİFA Konqresinin təsdiqinə çıxarılması nəzərdə tutulur”.
Onun sözlərinə görə, FİFA-nın mövcud “Forward” proqramının maliyyələşmə istiqamətləri yeni proqramın necə işləyəcəyi barədə müəyyən təsəvvür yaradır:
"Bu istiqamətlərə futbolun əməliyyat xərcləri, əvvəlcədən hazırlanmış inkişaf layihələri, infrastruktur, qadın və gənclər futbolu, yarışların təşkili, milli komandaların ehtiyacları və futbol avadanlıqları daxildir. 2027–2030-cu illəri əhatə edən dövrdə vəsaitin dörd hissə ilə ayrılması nəzərdə tutulduğundan, hazırkı mərhələdə bu məbləğ SOCAR-ın AFFA-ya sponsor dəstəyi ilə müqayisədə o qədər də böyük görünmür. Bununla belə, vəsaitin düzgün istiqamətlərə yönəldilməsi, xüsusilə infrastruktur layihələrinə sərf olunması əhəmiyyətlidir".
Ekspert bildirib ki, 2016-cı ildən etibarən FİFA-nın “Forward” proqramı üç mərhələdə maliyyələşmə ayırıb və bu vəsaitlərin dəstəklədiyi istiqamətlər üzrə real inkişafın nə dərəcədə təmin olunduğunu araşdırmaq lazımdır. Onun sözlərinə görə, bundan əvvəlki “Goal” proqramı çərçivəsində də maliyyə ayrılıb və 1999–2001-ci illərdə o vaxtkı adı ilə “Şəfa” arenasının tikintisində həmin vəsaitdən istifadə edildiyi məlumdur.
Ekspert hesab edir ki, yeni proqram çərçivəsində ictimai nəzarət ayrıca istiqamət kimi nəzərdən keçirilməli, bunun üçün müvafiq fond yaradılaraq regionlarda infrastruktur layihələrinin icrası və maliyyə vəsaitlərinin istifadəsinə audit nəzarəti həmin mexanizm vasitəsilə təşkil oluna bilər. O əlavə edib ki, proqramın konkret şərtləri və vəsaitin necə bölüşdürüləcəyi bəlli olduqdan sonra nəticələri qiymətləndirmək mümkün olacaq.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















