FİFA dan Qarabağ la bağlı xoş xəbər
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
FİFA-nın "Qarabağ"a tətbiq etdiyi transfer qadağası ləğv olunub.
Axar.az Futbolinfo.az-a istinadla xəbər verir ki, ali futbol qurumu ağdamlılarla bağlı qərarını dəyişib.
FİFA Premyer Liqa təmsilçisinin növbəti 3 transfer dönəmində oyunçu alışına qadağa qoysa da, məlum olub ki, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb.
Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb. Belə ki, "Qarabağ" futbolçulardan birinin transfer ödənişini gecikdirdiyi üçün FİFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salıb. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.
Bütün bunlar onu deməyə əsas verir ki, "Qarabağ" yay fasiləsində heyətinə istənilən futbolçunu qata bilər.
Baxış sayı:119
Bu xəbər 15 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















