FİFA dan Türkiyə klubuna daha bir şok
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə təmsilçisi ''Antalyaspor'' heç cür maddi sıxıntılardan qurtula bilmir.
"Football-plus.az" xəbər verir ki, bu klubla bağlı son olaraq FİFA-da həllini gözləyən 6 dosye var idi. Yəni bu dosyelər yoluna qoyulmamış Antalya təmsilçisi yeni transferlər həyata keçirə bilməz.
Volkan Dəmirəlin təyinatı da məhz bu üzdən baş tutmamışdı. Erol Bulutun istefasından sonra komanda məhz Dəmirəl ilə anlaşmışdı. Rəhbərlik tezliklə problemlərin yoluna qoyulacağına söz vermişdi. Buna baxmayaraq Dəmirəlin təyinatı baş tutmamışdı. Rəhbərlik onun əvəzinə Sami Uğurlu ilə mövsümün sonuna qədər müqavilə imzalamışdı. Klub prezidenti Rza Perçin bir müddət öncə verdiyi açıqlamada FİFA-dakı dosyelərin bağlanması üçün 1,5 milyon avroya ehtiyac duyduqlarını bildirmişdi.
Bu arada FİFA-dan ''ağ-qırmızılar''a daha bir şok xəbər gəlib.
Belə ki, yanvarın 13-də klubla bağlı dosyelərin sayının 7-yə yüksəldiyi məlum olub. ''Əqrəblər''in bu vəziyyətdən necə çıxacağı maraq doğurur. Borclar tamamilə ödənilməyənə qədər klubun yeni oyunçular almağa ixtiyarı yoxdu.
Xatırladaq ki, son 6 turda qələbəsi olmayan ''Antalyaspor'' ilk dövrəni 15-ci pillədə tamamlayıb.
Baxış sayı:42
Bu xəbər 14 Yanvar 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















