FIFA dan yenilik Video Dəstək kartı sistemi sınaqdan keçiriləcək
Icma.az, Fanat saytına istinadən bildirir.
FIFA, 2025-ci ildə keçiriləcək U-20 Dünya Kuboku zamanı yeni texnoloji yeniliyi sınaqdan keçirməyə qərar verib.
Fanat.Az xəbər verir ki, turnir ərzində komandalar “VAR” sisteminə müraciət etmək üçün hər oyunda iki ədəd “Video Dəstək Kartı” əldə edəcək.
Bu barədə məlumatı ESPN nəşri yayıb.
Yeni tətbiqə əsasən, komandalar bu kartlardan istifadə edərək şübhəli vəziyyətlərə etiraz edə və epizodun videoya baxılmasını tələb edə biləcəklər. Əgər etiraz haqlı çıxarsa, komanda kartını itirməyəcək.
Yeniliyin məqsədi hakim səhvlərini minimuma endirmək və ədalətli qərarların sayını artırmaqdır. Qaydanın uğurlu alınacağı təqdirdə, gələcəkdə bu sistemin böyük turnirlərdə də tətbiqi planlaşdırılır.
Kamil Xudiyev
Baxış sayı:83
Bu xəbər 17 Oktyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















