FIFA DÇ 2026 ilə bağlı yeni qaydaları açıqladı
Icma.az, Olke.az saytına istinadən bildirir.
FIFA dünya çempionatının seçmə mərhələsində alınan yüngül pozuntulara görə tətbiq edilən diskvalifikasiyaları ləğv edib.
"Ölkə.az" xəbər verir ki, yenilənmiş qaydalara əsasən, seçmə mərhələdəki yüngül qayda pozuntularına görə verilən cəzalar final mərhələsinə şamil olunmayacaq.
Bu dəyişiklik sayəsində Argentina millisinin “Benfika”da çıxış edən müdafiəçisi Nikolas Otamendi və Ekvador yığmasının “Çelsi”li yarımmüdafiəçisi Moyses Kaysedo DÇ-2026-nın ilk oyunlarında iştirak edə biləcəklər.
Hər iki futbolçu Cənubi Amerika zonası üzrə seçmə mərhələnin son matçında – ekvadorluların 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qırmızı vərəqə almışdı. Lakin qaydalardakı dəyişiklikdən sonra onlar final mərhələsinin ilk oyunlarına buraxılacaqlar.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Argentina Əlcəzairlə, Ekvador isə Kot-d’İvuarla qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 May 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















