FİFA DÇ 2026 nın finalında fasiləni uzatmağı planlaşdırır
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
FİFA DÇ-2026-nın final matçında ilk və ikinci hissələr arasındakı fasiləni uzatmağı nəzərdən keçirir.
QOL.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, buna səbəb fasilə zamanı keçiriləcək musiqi şousudur. "MetLife" stadionunun meydanında təşkil olunacaq proqramda Castin Biber, Şakira, BTS, Madonna, Burna Boy, venesuelalı dirijor Qustavo Dudamel və PS22 xoru çıxış edəcəklər.
Şounun keçirilməsi üçün təşkilatçılar fasilə ərzində səhnəni quraşdırmalı və daha sonra sökməlidirlər. Bu səbəbdən FİFA fasilənin müddətini artırmağı planlaşdırır. Bununla yanaşı, qurum ümumi fasilənin 20 dəqiqəni keçməməsinə çalışır.
Qeyd edək ki, FİFA daha əvvəl çıxışın 11 dəqiqə davam edəcəyini açıqlamış və onu idman, musiqi və qlobal mədəniyyətin qovuşduğu möhtəşəm bayram adlandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 15 İyul 2026 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















