Icma.az
close
up
RU
FIFA dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb

FIFA dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 31 mart, AZƏRTAC

FIFA 2026-cı il dünya çempionatında tətbiq ediləcək yeni qaydaları açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, oyunçuların əvəzlənməsi daha sürətli həyata keçiriləcək. Futbolçu maksimum 10 saniyə ərzində meydanı tərk etməlidir. Əks halda, onu əvəzləyəcək oyunçu meydana daxil olmaq üçün 1 dəqiqə gözləməli olacaq və komanda bu müddətdə azlıqda qalacaq.

Həmçinin oyunun bərpası zamanı da vaxt məhdudiyyəti tətbiq ediləcək. Aut atışları və qapıdan zərbələr 5 saniyə ərzində yerinə yetirilməlidir. Bu müddət uzanarsa, top rəqib komandaya veriləcək.

Yeniliklərə görə, meydanda tibbi yardım alan futbolçu mütləq şəkildə meydanı tərk edəcək və geri qayıtmaq üçün 1 dəqiqə gözləyəcək. Lakin zədə sarı və ya qırmızı vərəqə ilə nəticələnən qayda pozuntusu zamanı baş verərsə, bu, tələb olunmayacaq.

Bundan əlavə, VAR sisteminin səlahiyyətləri genişləndiriləcək. Artıq VAR ikinci sarı vərəqə nəticəsində meydandan qovulma epizodlarını və səhv verilmiş künc zərbələrini də nəzərdən keçirə biləcək. Hakimlərlə ünsiyyət qaydalarında da sərtləşmə olacaq. Yalnız komanda kapitanına hakimə yaxınlaşmağa icazə veriləcək. Digər futbolçuların hakimi əhatəyə alması sarı vərəqə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri