FİFA finalın keçiriləcəyi stadionun qazonunu satır Rekord gəlir əldə ediləcək
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
FİFA DÇ-2026-nın final oyununun keçiriləcəyi stadionun ot örtüyünü satmaqla 11,2 milyon dollar qazana bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Mənbənin məlumatına görə, dünya futbol qurumu finala ev sahibliyi edəcək Nyu-York stadionunun qazonunun parçalarını satışa çıxarıb. Kiçik qazonlar internetdə hər biri 450-3000 dollar aralığında qiymətə satılır. Qatranla örtüləcək meydança parçaları qutulara 19 iyuldan sonra qablaşdırılacaq və yalnız ABŞ, Böyük Britaniya və Avropadakı müştərilər üçün əlçatan olacaq.
Akril qutu DÇ-2026-nın loqosu, məkanı, tarixi və yekun hesabı ilə bəzədiləcək. Qazonun orijinallıq sertifikatı olacaq.
Kolleksiyalar Britaniya şirkəti tərəfindən istehsal olunur və dörd qiymət kateqoriyasında təklif edir: 450 dollar, 900 dollar, 1200 dollar və 3000 dollar. Nümunə sayı 2026 ədəd olacaq.
Hamısı satılarsa, onlar 11,2 milyon dollardan çox gəlir gətirəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 11 İyul 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















