Icma.az
close
up
RU
FIFA nı tənqid edənləri meditasiya ilə məşğul olmağa çağırdı

FIFA nı tənqid edənləri meditasiya ilə məşğul olmağa çağırdı

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının yekunlarından sonra quruma və turnirə yönələn tənqidlərə sərt cavab verib.

“Qafqazinfo”nun xəbərinə görə, İnfantino şəxsi instaqram hesabında paylaşım edərək, FIFA-nı müdafiə edib və tənqidçiləri “nifrət və yalan şayiələr yaymaqda” ittiham edib.

O, onları vaxt və enerjilərini FIFA-ya nifrət etməyə sərf etməkdənsə, “meditasiya etməyə, dua etməyə və ya futbol matçına baxmağa” çağırıb.

FIFA rəhbəri ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il DÇ-ni “yer üzündəki ən böyük tədbir” adlandırıb. Onun sözlərinə görə, turnir “bəşəriyyəti ən yaxşı şəkildə” nümayiş etdirib.

İnfantino turnir zamanı yaşanan bəzi mübahisələrə də münasibət bildirib. O, xüsusilə ABŞ və İran arasında davam edən siyasi gərginliyə baxmayaraq, İran millisinin DÇ-də iştirakını FIFA-nın uğuru kimi təqdim edib.

“FIFA müharibə şəraitində olan iki ölkəni bir araya gətirmək üçün yorulmadan çalışdı. İran ölkəyə heç bir insident və ya münaqişə olmadan daxil oldu”, – deyə İnfantino bildirib.

Lakin onun bu fikirləri İran millisinin baş məşqçisi Əmir Qalenoinin açıqlamaları ilə ziddiyyət təşkil edib. Qaleno komandasının turnir zamanı özünü “ən çox məzlum” tərəf kimi hiss etdiyini söyləyib.

İran nümayəndə heyətinin bəzi üzvlərinə ABŞ-yə giriş icazəsi verilməyib, azarkeşlərin biletləri ləğv edilib. Komanda isə hazırlıq prosesi zamanı logistika problemləri səbəbindən təlim bazasını ABŞ-nin Arizona ştatındakı Tuson şəhərindən Meksikanın Tixuana şəhərinə köçürüb.

İnfantino bu problemləri də şərh edib: “Siz vizadan imtina edilən azsaylı insanlardan danışdınız, lakin dünyanın hər yerindən təsdiqlənmiş milyonlarla insanı görməzdən gəldiniz. Çünki futbol dünyanı birləşdirir və bu yay bunu təsirli şəkildə nümayiş etdirdi”.

İnfantino paylaşımının sonunda tənqidçilərinə daha emosional mesaj göndərib.

O, DÇ-nin insanları bir araya gətirdiyini vurğulayaraq, turnirə “bir az sevgi” və “hörmət” göstərməyə çağırıb.

“Vaxtlarını və enerjilərini bizə nifrət etməyə sərf edənlərdən xahiş edirəm: bir anlıq dayanın, düşünün, meditasiya edin, dua edin və ya futbol matçına baxın. İnsanların üzlərinə, gözlərinə və duyğularına həqiqətən diqqət yetirin”, – deyə FIFA prezidenti bildirib.

İnfantino əlavə edib ki, dünyaya “nifrət deyil, sevgi; bölünmə deyil, tolerantlıq” lazımdır.

“FIFA prezidenti olaraq bu şouya, hətta kiçik bir şəkildə belə töhfə verdiyim üçün inanılmaz dərəcədə qürur duyuram. Bu, möhtəşəm hissdir”, – deyə İnfantino sözlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 İyul 2026 02:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri