Icma.az
close
up
RU
FIFA ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək

FIFA ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

FIFA bu il keçiriləcək dünya çempionatında ofsayd qərarlarının daha dəqiq verilməsi üçün süni intellektdən istifadə edəcəyini açıqlayıb.

Modern.az “The Athletic”ə istinadən xəbər verir ki, turnirdə iştirak edəcək bütün futbolçular üçün süni intellekt əsaslı 3D rəqəmsal modellər yaradılacaq. Bunun üçün oyunçular qısa müddətdə xüsusi skandan keçiriləcək və bədən ölçüləri dəqiq şəkildə qeydə alınacaq.

Yeni texnologiya sürətli epizodlarda və oyunçuların bir-birini örtməsi hallarında ofsayd vəziyyətlərinin daha düzgün müəyyənləşdirilməsinə kömək edəcək. FIFA bu yeniliyin VAR tərəfindən verilən qərarların azarkeşlər və televiziya tamaşaçıları üçün daha aydın göstərilməsini təmin edəcəyini bildirib. Ofsayd qərarları yayım zamanı 3D görüntülərlə təqdim olunacaq.

Texnologiya ötən il Qitələrarası Kubokda sınaqdan keçirilib və müsbət nəticə verib. Yarıavtomatlaşdırılmış ofsayd sistemi daha əvvəl 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında və 2023-cü ildə qadınlar arasında keçirilən mundialda da istifadə olunub. Sistem bir neçə kamera vasitəsilə futbolçuların mövqelərini və topun ötürülmə anını izləyir.

Bundan başqa, turnirdə iştirak edəcək 48 komandanın hamısına süni intellekt əsaslı oyun analiz cihazı təqdim olunacaq. Bu cihaz komandaların oyunöncəsi və oyunsonrası analizlərinin aparılmasına imkan verəcək. FIFA bildirib ki, bu addım komandalar arasında texnoloji bərabərliyin təmin olunmasına xidmət edir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026 iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri