FİFA prezidenti Argentina yığmasının baş məşqçisindən niyə üzr istədi?
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
2026-cı il dünya çempionatının püşkatmasının təşkilatçıları Argentina millisinin baş məşqçisi Lionel Skaloni səhnəyə çıxmazdan əvvəl ona kuboku qaldırmaq üçün əlcək geyinməyi xahiş ediblər.
Sportal.az xəbər verir ki, bu tələb adətən dünya çempionu olmayan və ya rəsmi icazəsi bulunmayan şəxslərə şamil edilir. Lakin Argentinanın son dünya çempionatını qazandığı komandanın baş məşqçisi kimi Skaloninin trofiyaya toxunmaq hüququ var idi.
Məsələni yoluna qoymaq üçün FIFA növbəti gün turnirin oyun cədvəlinin təqdimatı çərçivəsində ayrıca mərasim təşkil edib. Bu dəfə Skalonini səhnəyə kubokla birlikdə, artıq əlcəksiz dəvət ediblər. FIFA prezidenti Canni İnfantino isə məşqçidən ictimai şəkildə üzr istəyib.
“FIFA adından üzr istəyirəm. Əlbəttə, dünya çempionları kuboka toxuna bilərlər. Bağışlayın, bunu bilmirdim. Sadəcə, sən dünya çempionu olanda hər gün daha da cavan görünürsən”, – deyə İnfantino bildirib.
Skaloni isə zarafatla bildirib: “Düşünürəm ki, məni başqa biri ilə səhv salmışdılar və dünən kuboka toxunmağıma icazə vermədilər.”
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 07 Dekabr 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















