FIFA prezidenti İnfantino ABŞ Konqresinin araşdırmasının hədəfində
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsinin yüksək vəzifəli demokrat üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmaya başlayıb.
Turkustan.az xəbər verir ki, araşdırma çərçivəsində Tramp və onun yaxın ətrafına göstərildiyi iddia olunan güzəştlərlə bağlı sənədlər, həmçinin İnfantinonun ifadəsi tələb edilib.
Raskin FIFA ilə ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası arasındakı əlaqələrə aydınlıq gətirə biləcək sənədlərin komitəyə təqdim olunmasını istəyib.
Raskin İnfantinoya ünvanladığı məktubda Tramp və onun yaxın çevrəsinə təqdim edildiyi iddia olunan hədiyyələr, ödənişlər və digər imtiyazlarla bağlı bütün sənədlərin və yazışmaların paylaşılmasını tələb edib.
Bundan əlavə, komitə FIFA-nın ötən il aldığı Tramp Qülləsində yerləşən ofisinin ziyarətçi qeydlərinin təqdim edilməsini də istəyib.
Məktubda həmçinin FIFA prezidenti Canni İnfantinonun araşdırma çərçivəsində yazılı ifadə verməsinin tələb olunduğu bildirilib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 İyul 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















