FIFA Seneqal millisinə qarşı tələb qoydu
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Beynəlxalq Futbol Federasiyası (FIFA) Seneqal millisinə 2026-cı il dünya çempionatında istifadə ediləcək formaların üzərində Afrika Millətlər Kubokundakı qələbəni simvolizə edən ulduzun yer almamasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Mayki Cunior "X" sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, Seneqal millisi Afrika Millətlər Kubokunun qalibi adını 2021-ci ildə qazanıb.
FIFA-nın mövcud qaydalarına əsasən, formaların üzərində ulduzlardan yalnız dünya çempionu olmuş və ya buna ekvivalent hesab edilən rəsmi titulları qazanmış milli komandalar istifadə edə bilərlər.
Məlumata görə, iyunun 13-də FIFA Misir millisinə qarşı da analoji qərar qəbul edib. Belə ki, Misir yığması formalarında Afrika Millətlər Kubokunda qazandığı yeddi çempionluğu simvolizə edən yeddi ulduzdan istifadə etməyi planlaşdırırdı.
Bundan əlavə, FIFA misirli futbolçuların formalarında qızılı çalarlı nömrələrdən istifadə etməsinə də icazə verməyib və daha kontrast rəng seçilməsini tələb edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 İyun 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















