FIFA U 15 Dünya Kuboku 2026 Azərbaycanda keçiriləcək
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Beynəlxalq Futbol Federasiyasının (FIFA) Şurasının Bürosu Azərbaycanı FIFA U-15 Dünya Kuboku və Festivalı 2026-nın ev sahibi elan edib.
İdman.Biz xəbər verir ki, futbol üzrə yeni yaradılan turnir 22-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.
Yarışda FIFA-ya üzv bütün milli assosiasiyaların 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edəcəklər. 2027-ci ildə təşkil olunacaq turnir isə yalnız qızlardan ibarət yığmalar üçün nəzərdə tutulub. 2028-ci ildən etibarən həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışların keçirilməsi planlaşdırılır.
Qərar FIFA administrasiyasının apardığı qiymətləndirmənin nəticələrinə əsasən qəbul edilib. Qurum Azərbaycanın müasir idman infrastrukturu və çoxsaylı iştirakçıları qəbul etmək imkanlarını yüksək qiymətləndirib.
FIFA, həmçinin Azərbaycanın 2027-ci ildə U-20 futbol üzrə Dünya Kubokuna da ev sahibliyi edəcəyini xatırladaraq, U-15 Dünya Kuboku və Festivalının ölkədə keçirilməsinin beynəlxalq futbol yarışlarının təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bundan başqa, FIFA Şurasının Bürosu ASEAN Kubokunun əsasnaməsini təsdiqləyib və Nepal Futbol Assosiasiyasının fəaliyyətini üçüncü tərəfin müdaxiləsi ilə bağlı nizamnamə pozuntularına görə dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:237
Bu xəbər 25 İyun 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















