Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

FIFA U 20 Dünya Çempionatı 2027 nin rəsmi brendi təqdim olunub

FIFA U 20 Dünya Çempionatı 2027 nin rəsmi brendi təqdim olunub

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

FIFA FIFA U-20 World Cup 2027™ (2027-ci ildə 20 yaşadək kişilər arasında keçiriləcək futbol üzrə dünya çempionatı) rəsmi brendini təqdim edib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, brend Azərbaycan və Özbəkistanda keçiriləcək turnirdə yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir. “Bu oyun sənlikdir” rəsmi şüarı gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanıb.

Bu şüar FIFA U-20 Dünya Çempionatının ruhunu əks etdirir və böyük uğurlara imza atmaq, yeni əlaqələr qurmaq, futbolun gələcəyinin formalaşmasına töhfə vermək imkanlarını önə çıxarır.

Turnirin Azərbaycan və Özbəkistanın mədəni irsindən bəhrələnən vizual konsepsiyası yerli kaşı və mozaikalardan ilham alır. Ənənəvi elementlər gənc nəslin zövqünə uyğun müasir naxışlar, rənglər və rəng keçidləri ilə yenidən təqdim olunur.

Rəsmi emblemdə gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını göstərən, özünəməxsus dizayna malik, “SƏN” mənasını verən “U” hərfi yer alır. Bu dizayn futbolçuların və azarkeşlərin turnirin mərkəzində olduqlarını vurğulayır. Emblemdəki “U20” elementlərinin forması isə çempionatın rəsmi vizual üslubunun bütün materiallarında istifadə olunan dinamik naxışı əks etdirir.

Dinamik rəng keçidləri ilə zənginləşdirilmiş firuzəyi, yaşıl, bənövşəyi və qırmızı rənglərdəki parlaq palitra vizual konsepsiyanı tamamlayır və turnirə ev sahibliyi edəcək iki ölkəni vahid brend ətrafında birləşdirir.

FIFA-nın baş katibi Mattias Qrafström bildirib: “FIFA Dünya Çempionatında öz ölkələrini təmsil etmək bu gənc futbolçular üçün karyeraları boyu qürurla xatırlayacaqları mühüm nailiyyətdir. Bu, eyni zamanda müxtəlif oyun üslubları ilə tanış olmaq, yeni mühitə uyğunlaşmaq və öz nəslinin ən yaxşı futbolçuları ilə rəqabətdə özünü sınamaq şansıdır. “Bu oyun sənlikdir” şüarı məhz onlara ünvanlanıb: bura onların futbolda öz izlərini qoymaq fürsəti qazandıqları səhnədir.

Səmərəli əməkdaşlığa görə minnətdar olduğum ev sahiblərimiz Azərbaycan və Özbəkistanla birlikdə gənc futbolçulara FIFA U-20 Dünya Çempionatı 2027-də bütün bacarıqlarını nümayiş etdirmələri üçün lazımi dəstəyi göstərmək və final fitindən uzun müddət sonra da xatırlayacaqları unudulmaz təcrübə qazandırmaq istəyirik”.

Bu gün turnirin rəsmi brendinin təqdimatı münasibətilə ev sahibi iki ölkənin paytaxtlarında tədbirlər keçiriləcək. Mundiala hazırlıq işlərinin sürətləndiyi bir vaxtda Bakı və Daşkəndin tanınmış məkanlarında rəsmi emblem nümayiş etdiriləcək.

AFFA-nın prezidenti Rövşən Nəcəf bildirib: “FIFA U-20 Dünya Çempionatı 2027 müxtəlif ölkələrdən olan gənc futbolçulara öz istedadlarını nümayiş etdirmək, dəyərli beynəlxalq təcrübə qazanmaq və karyeralarında irəliyə doğru mühüm addım atmaq üçün geniş imkanlar yaradır. İnanırıq ki, turnir yüksək səviyyəli idman yarışı olmaqla yanaşı, gənc futbolçuların inkişafına və azarkeşlərin futbola marağının daha da artmasına xidmət edən mühüm platforma olacaq”.

Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov bildirib: “FIFA U-20 Dünya Çempionatı 2027 gənc futbolçulara öz istedadlarını beynəlxalq arenada nümayiş etdirmək, dəyərli təcrübə qazanmaq və peşəkar karyeralarında növbəti addımı atmaq üçün böyük imkanlar yaradır.

İnanırıq ki, Özbəkistan və qardaş Azərbaycan xalqının ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı 2027 ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək və dünyanın hər yerində futbol azarkeşlərinin rəğbətini qazanacaq”.

FIFA U-20 Dünya Çempionatı 2027 yarışın sayca 25-ci turniri olacaq və 1977-ci ildə Tunisdə keçirilmiş ilk turnirin 50 illiyinə təsadüf edəcək. Dieqo Maradona, Lionel Messi və Erlinq Holand bu nüfuzlu yarışda çıxış etmiş məşhur futbolçular sırasındadırlar. Qarşıdakı çempionat gənc nəslə futbolda öz izini qoymaq, azarkeşlərə isə gələcəyin ulduzlarını kəşf etmək şansı verəcək.

FIFA U-20 World Cup 2027™-ni stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri