FİFAnın sabiq prezidenti müasir futbolu tənqid edib
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
FİFA-nın sabiq prezidenti Yozef Blatter futbolda yeni tendensiyaları və yeni texnologiyalardan istifadəni tənqid edib. Sport24.az xəbər verir ki, o, futbolun doğru istiqamətdə getmədiyini deyib:
"İndi futbol yanlış istiqamətdə gedir. Demək olar ki, hər şəkildə. Biletlər bahalaşır. Futbolçulara daha çox təzyiq göstərirlər. Mədəni birlik əvəzinə meydanda daha çox düşmənçilik aparırlar. Mən həm də ofsaydların, qolların və faulların müəyyən edilməsində yeni texnologiyaların əleyhinəyəm. İndi qərar verən hakim deyil, televiziyadır. Hakimlərə hörmət bütün dövrlərdə futbolun əsas xarakterik xüsusiyyətlərindən biri olub".
Qeyd edək ki, isveçrəli Yozef Blatter 1998-ci ilin iyunundan 2015-ci ilin oktyabrınadək FİFA-ya rəhbərlik edib. O, 2015-ci ilin dekabrında rəsmi korrupsiya qalmaqallarına görə FİFA Etika Komitəsi tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















