“Fikir bildirmək ayıbdır” Nazirdən 107 minlik tender iddialarına reaksiya
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məktəbəqədər təhsil müəssisələrində məmnunluğun qiymətləndirilməsi üzrə sorğunun keçirilməsi üçün 107 min manat ödəniləcəyi ilə bağlı iddialar yayılıb.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib: “İndi yalnız ehtimal olunan qiymət göstərilir. Tender yekunlaşanda görəcəksiniz ki, faktiki məbləğ bundan daha aşağı olacaq. Belə olan halda keçirilməmiş bir sorğuya necə reaksiya verə bilərəm? Sorğunun aparılması barədə hər hansı proses də olmayıb.
Bəs biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr, ayırmamışıq. Amma bu məbləğ 100 min manat ola bilərmi? Bəli, ola bilər. Sorğu keçirmək üçün 200 min və ya 300 min manat vəsait də xərcləmək mümkündür. Baxır, sən hansı sorğunu keçirirsən. Bunun detallarını görmədən fikir bildirmək ayıbdır. Niyə? Çünki sorğu keçirmək üçün əvvəlcə aprobasiyanı aparmalı, təsadüfi seçimi həyata keçirməli, anketi hazırlamalı, mütəxəssislərin əməyini ödəməli və onların regionlara səfərini təmin etməlisiniz. Sorğunu keçirən şəxs regionlara gedib məlumat toplamalıdır”.
Bu mövzuda digər xəbərlər:Nazirdən təyyarədə balon partlaması iddialarına REAKSİYA
27 Dekabr 2024 18:31
Aslan Kərimov: Fikir bildirmək mənasızdır
20 Noyabr 2024 12:00
Bir sorğuya 107 min manat xərclənəcəyi xəbərinə Nazirdən reaksiya
17 Noyabr 2025 16:51
Qazaxıstanlı nazirdən BTC də çirkli neft iddialarına REAKSİYA
27 Avqust 2025 16:17
Ceyhun Sultanov: Klubun içində olmadan fikir bildirmək çətindir
17 İyun 2025 13:58
Baxış sayı:52
Bu xəbər 17 Noyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















