Icma.az
close
up
RU
Fikirli Nəriman, nigaran Mateus Silva... amma “Ayntraxt” “Qarabağ”a bata bilməz!

Fikirli Nəriman, nigaran Mateus Silva... amma “Ayntraxt” “Qarabağ”a bata bilməz!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Sabah qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyənin Bələk bölgəsinə yollanacaq “Qarabağ” bu gün Qurban Qurbanovun iştirakıyla mətbuat konfransı keçirdi. Bununla mütəxəssis ictimaiyyəti maraqlandıran bir çox məsələyə aydınlıq gətirdi. Bilindi ki, “köhlən atlar”da qış “transfer pəncərəsi” çərçivəsində ayrılıq və yeni transfer ehtimalı zəifdi. Hər halda, çalışdırıcı hər mövqeyə yeni futbolçu arzulayır və ağdamlıların istəklərini reallaşdırmaq üçün vaxtı olacaq.

Bəs, mətbuat konfransından sonra keçirilən, ilk 15 dəqiqəsi açıq olan məşqdə nələr baş verdi?
Bildirək ki, “Qarabağ”ın əsas komandasının bütün üzvləri məşqdə idi. Komanda bu vaxt ərzində iki qrupa bölündü. Birində yerlilər, o birində legionerlər üstünlük təşkil edirdi. Futbolçular topla isinmə hərəkətləri edən zaman yetərincə istəkli və Qurban Qurbanov demişkən, gülərüz görünürdü. Düzü, Nəriman Axundzadə başqaları qədər fəal deyildi. Arabir komanda yoldaşlarıyla zarafatlaşsa da, bir qədər fikirli idi. Bizə elə gəldi ki, gənc hücumçu hələ “Ayaks”la matçdan sonra üzləşdiyi ictimai qınağın təzyiqindən tam qurtula bilməyib. Düzü, Mateus Silva da düşüncəliydi. Bəli, bu yaxınlarda onun da başqa klublardan təkliflər aldığı barədə xəbərlər yayılıb. Lakin “Qarabağ” bu heyəti qoruyub-saxlamaqda israrlıdı. Yəni braziliyalı müdafiəçi də mümkün qədər daha tez bu həqiqətlə barışmalıdı!
Qurban Qurbanov daha çox yerli oyunçularla vaxt keçirdi: onlarla söhbətləşdi, paslaşdı. Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Abbas Hüseynov və Musa Qurbanlının kefi kök idi. 2023-cü ilin yayında “Qarabağ”dan ayrılan, “Buriram Yunayted” (Tayland), “Kocaelispor” (Türkiyə) və “Neftçi” macərasından sonra sabiq komandasına qayıdan Ramil Şeydayev də bura tam uyğunlaşıb.
Elə legionerlər də, xüsusən, Marko Yankoviç öz ampluasında idi. Düzdü, demək olar ki, bütün futbolçular daha çox maaş vədiylə təkliflər alıb. Ancaq onlar “Qarabağ”da xoşbəxtdi. Hələ aşağı yaş komandalarından cəlb edilən futbolçuları – Əli Bəşirovla Bəhruz Qurbanlını demirik. Onlar komanda yoldaşlarıyla yaxşı yola gedir. Mövsümün əvvəlində əsas komandaya qoşulan Hikmət Cəbrayılzadə də etimadı doğrultmağa çalışır.
Kəsəsi, “Azərsun Arena”nın ehtiyat meydançasında şahidlik etdiklərimiz “Ayntraxt”la matça görə narahatlığın yersiz olduğu qənaətini formalaşdırdı. Təki yanılmayım. Təbii ki, hələ qarşıda qardaş ölkədə keçiriləcək toplanış da var.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Yanvar 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri