Icma.az
close
up
RU
“Fikrimcə, dekabra qədər hər şey aydınlaşacaq”

“Fikrimcə, dekabra qədər hər şey aydınlaşacaq”

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Ötən mövsümün gedişində “Səbail”in baş məşqçi postundan ayrılan Şahin Diniyev həmin vaxtdan bəri işsizdi. Bununla belə, ölkə futbolunda başverənləri yaxından izləyir.

Onunla söhbətləşməyi lazım bildik.
- Şahin bəy, necəsiz, nə iş görürsüz?
- Çox şükür, hər şey yaxşıdı, hər şey yolundadı.
- Geridə qalan mövsümü necə dəyərləndirirsiz? Sizi ən çox hansı komandalar təəccübləndirdi? İstər müsbət, istərsə mənfi mənada.
- Bəzi komandalar ümidləri doğrultdu, bəziləri yox. Ümidləri doğrultmayan “Sabah” və “Neftçi”di ki, belə maliyyə imkanlarına malik klublar “avrokubok zonası”nda olmalıydılar. Bəzi çatışmazlıqlar onların belə tale yaşamasına gətirib çıxardı. Məşqçi dəyişiklikləri, sabit heyətin olmaması əsas məqamlardandı. Mövsümün əvvəlində heç kim deyə bilməzdi ki, yuxarı yerlərdə “Araz-Naxçıvan” və “Turan Tovuz” olacaq. “Araz-Naxçıvan” 3-cü yerdi tutu. Mövsüm onlar üçün çox eniş-yoxuşlu keçdi. Dekabra qədər çoxlu xal yığdılar. O xallar da Naxçıvan təmsilçisinin mükafatçılar arasında qalmasına kömək etdi. Buna görə də “Araz-Naxçıvan”ın yaxşı mənada təəccübləndirdiyin deyə bilərik. “Turan Tovuz” da avrokuboklara getməyə çox yaxın idi. Sadəcə, kubokun finalında “Sabah”ın qalib gəlməsi planları pozdu. “Qarabağ” layiqli oyun göstərməklə çempion oldu. “Zirə” də çox yaxşı oynadı. Yerinə görə yox, ümumiyyətlə, oyun baxımından “Zirə” bu mövsüm çox yaxşı idi. Taktiki baxımdan çox inkişaf ediblər, rəngarəng oyun göstərirlər. Əvvəldən “Zirə”ni az qol vuran komanda kimi tanıyırdıq. Bu il isə belə olmadı. Tam başqa oyun göstərdilər. Heyətləri sabitdi. İki-üç yaxşı rotasiya futbolçuları da var. Avrokubokda iştirak edəcək bütün klublara uğurlar arzulayıram. Çətin rəqiblərimiz var. Reytinqimiz elədi ki, güclü klublarla qarşılaşmalı oluruq.
- Möcüzə baş verməsə, Rafael Utziq “Zirə”dən ayrılacaq. Necə düşünürsüz, Konate və Boqomolski onun yerini doldura biləcək?
- Utziq “Zirə” üçün sima idi. Çox yaxşı hücumçudu. Tam “Zirə”nin üslubuna uyğun futbolçudu. Düşünürəm ki, onun yerini doldurmaq mümkün olacaq. Düzdün seleksiya ilə yaxşı hücumçu alsalar, “Zirə” də öz yoluna yaxşı şəkildə davam edə bilər. Boqomolski və Konate Utziqdən fərqli futbolçulardı. Konate yarımmüdafiə xəttindədi. Boqomolski ilə Utziq arasında fərq görürəm. Utziq daha keyfiyyətli futbolçudu. Düşünmürəm ki, Boqomolski əsas hücumçu kimi gətirilsin. Məncə, onu rotasiya üçün transfer ediblər. Yəqin ki, mərkəz hücumçusu transferini reallaşdıracaqlar.
- Birinci və ikinci liqada da maraqlı mübarizə getdi. Oyununu bəyəndiyiniz klublar hansılar idi?
- İdman prinsipi bərpa olunub deyə, 1-ci və 2-ci liqa çox maraqlı oldu. İntriqa yarandı. Bir çox komanda yüksək yer uğrunda oynayır. Liqadakı oyunlar da, pley-off oyunlarının keçirilməsi də çox maraqlı oldu. “Qəbələ” 1-ci liqada mövsüm başlayandan bitənə qədər dominantlqğ etdi və elitaya yüksəlməyə çox layiq idi. “İmişli” və “Karvan” da yaxşı oyun göstərdi.
- Oğlunuz Coşqunun ölkəyə qayıtmaq niyyəti yoxdu. Bu çox sevindirici haldı. Amma sanki Türkiyədə klub seçimində səhvlərə yol verir. Siz necə düşünürsüz?
- Ceyhunun “Çorum”la müqaviləsi var. Bəlkə də düz deyirsiz, verdiyi qərarlar doğru olmaya bilər, amma futbolçunun agenti var, Coşqun təklif olunanları dəyərləndirir. Hansısa qərarlar tez verilir, gec verilir. Dəqiq olan budu ki, artıq dördüncü mövsümdü Türkiyədədi, o bazarda özünü doğruldub. Düşünürəm ki, daha uğurlu ola bilər, bunun üçün də çox çalışmalıdı.
- Gənc və yeniyetmə futbolçuları, yəqin ki, izləyirsiz. Gələcək milli komanda adına, Azərbaycan futbolu adına ümid verirlər? Edqara, Rufətlərə, Nərimana baxıb ümidlənirsiz? Legioner limitinin ləğvi necə təsir göstərə bilər?
- Məni bir məqam həqiqətən də çox narahat edir. O suala hələ də cavab tapa bilməmişik - nə siz, nə biz. Çempionatda qarşıdakı mövsümdən legioner limiti ləğv olunacaq. Legioner gətirmək asanlaşır. Milli futbolçuların nə qədər oynayacağı sual altına düşür. Çox vacib məqamdı. Yerli futbolçular deyəndə gəncləri də nəzərdə tuturam. Demək olar ki, bir çox klubda keyfiyyətli gənc və yeniyetmə futbolçular var. Gələn mövsüm onlar nə qədər oynayacaq - çox vacib məsələdi. Bunu zamana buraxaq. Gənc və istedadlı futbolçuların “artırması” üçün oynamaları vacibdi. 15-20 dəqiqə yox. Sabit şəkildə ən azı 45 dəqiqə mübarizə aparmalı, rəqabətə dözümlü olmalıdılar ki, yeni Azərbaycan millisinin təməlini qura bilsinlər. Bu bizim üçün çox böyük sınaqdı. Legioner limitinin ləğvinin təsirini bizə zaman göstərəcək. İndidən nəyisə ehtimal etmək doğru olmaz. Futbol proqnozları sevmir. Fikrimcə, dekabra qədər hər şey aydınlaşacaq.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri