Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Bir müddət əvvəl xüsusi əməliyyat nəticəsində həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki cinayət işinə xitam verilib.
Ölkə.az “Report”a istinadən xəbər verir ki, buna səbəb cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilərək dövlət büdcəsinə qaytarılmasıdır.
Rəşad Məmmədov barəsində bir müddət əvvəl də həbs qətimkan tədbiri ləğv edilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənmişdi.
Qeyd edək ki, Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin köməkçisi olan Rəşad Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülmüşdü.
İttihama görə, cinayət işi üzrə 70 min manata yaxın ziyan olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















