Icma.az
close
up
RU
Filip Ozobiç: “İndi kuboku yox, “Araz Naxçıvan”la oyunu düşünürük”

Filip Ozobiç: “İndi kuboku yox, “Araz Naxçıvan”la oyunu düşünürük”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bilirdik ki, “Səbail”in meydanında oynamaq çətindir. Həmişə belə olur. Budəfəki matç da istisna təşkil etmədi. Rəqib güclü müqavimət göstərdi. Buna baxmayaraq, çətin də olsa qalib gəldik və yolumuza davam edirik”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə Futbolxeber.az-a danışarkən deyib.

O, matçın gedişində 2 top fərqi ilə önə keçdikdən sonra rəqibin daha üstün təsir bağışlamasının səbibini belə izah edib: “Arxayınlaşdığımızı demək olmaz. Sadəcə oyun belə alındı. 90 dəqiqə ərzində bu meydanda mübarizə aaprmaq çətindir. Üstəlik, bəzi futbolçularımız oruc da tuturlar. Bu da istər-istəməz oyuna təsir göstərir”.

34 yaşlı futbolçu fasilənin “Neftçi”nin xeyrinə olacağını düşünür: “Artıq məşqləri bərpa etmişik. Var gücümüzlə çalışırıq. Qarşıda hələ bir həftə vaxtımız var. İnanıram ki, bu fasilənin komandamıza xeyri olacaq. Qarşıdakı matçlara daha yaxşı hazırlaşacağıq”.

Ozobiç növbəti turda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri matçdan da söz açıb: “Hər oyun çətin keçir. 100 faiz gücünü meydanda qoymalısan, əks halda qalib gəlmək qeyri-mümkündür. Odur ki, “Araz-Naxçıvan”la görüşə ciddi hazırlaşırıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Yarımmüdafiəçi çempionat oyunundan sonra “Neftçi”ni kubokun yarımfinalı gözlədiyini deyib: “Kuboka hələ vaxt var. İndi kuboku yox, “Araz-Naxçıvan”la oyunu düşünürük. Təbii ki, məqsədimiz finala yüksəlməkdir. Bunun üçün mübarizə aparacağıq”.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Mart 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri